USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Çempionlar Liqası: “Real Madrid” səfərdə “Bavariya”nı məğlub edib 

Aprelin 12-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk turunun növbəti oyunları keçirilib.

ASAN Radio xəbər verir ki, dörddəbir final mərhələsinin ən maraqla gözlənilən oyunu “Bavariya” və “Real Madrid” klubları arasında olub. İlk hissəni “Bavariya” klubu 1:0 öndə başa vurub. Oyunun 25-ci dəqiqəsində hesabı açan Arturo Vidal birinci hissənin sonlarına yaxın “Real Madrid” klubunun qapısına təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib.

İspaniya təmsilçisi ikinci hissəyə qolla başlayıb. Oyunun 47-ci dəqiqəsində Kriştiano Ronaldo qonaq komandanın bərabərlik qolunu vurub. Qarşılaşmanın 61-ci dəqiqəsində isə Kriştiano Ronaldoya qarşı kobudluq edən Xavier Martinez qırmızı vərəqə alaraq meydan sahiblərini çətin vəziyyətə salıb. On nəfərlə mübarizə aparan “Bavariya” klubu oyunun 77-ci dəqiqəsində qapısından daha bir qol buraxıb. Kriştiano Ronaldo topu Manuel Noyerin ayaqları arasından tora göndərib. Qarşılaşma 1:2 hesabı ilə Madrid təmsilçisinin xeyrinə başa çatıb.

Turun digər qarşılaşmasında Madridin “Atletiko” klubu doğma meydanda son illərin sürpriz komandası olan “Lester Siti”ni 1:0 hesabı ilə məğlub edib. Oyunun 28-ci dəqiqəsində “Atletiko” klubunun hücumçusu Antuan Qrizman rəqibin qapısına təyin olunan penaltini qola çevirib.

Günün ilk qarşılaşmasında isə Almaniyanın digər təmsilçisi “Borussiya” öz meydanında Fransanın “Monako” klubuna 2:3 hesabi ilə məğlub olub.

Xatırladaq ki, aprelin 11-də keçirilən dörddəbir final mərhələsinin ilk oyununda “Yuventus” komandası doğma meydanda “Barselona”nın qapısından üç cavabsız top keçirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!