İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hökmran mövqedə olan təsərrüfat subyektləri tərəfindən qiymətlərlə manipulyasiya edilməsi, qiymətlərin gizli üsullarla qaldırılması, məqsədli mal qıtlığı yaradılması və s. yollarla istehlak bazarında qiymətlərin süni artırılması hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmış Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının verdiyi tapşırıqların icrası məqsədilə Dövlət Xidməti istehlak bazarında aparılan monitorinqlərin intensivliyini artırmış, istehlak bazarına nəzarəti daha da gücləndirib.
Monitorinqlərin nəticələri müntəzəm olaraq təhlil olunur, qiymətlərdə qeydə alınan dəyişikliklərin səbəbləri araşdırılır, süni qiymət artımına yol verilməsinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür. Bu məqsədlə istehlak bazarında satışda olan malların əsas idxalçıları, istehsalçıları və satışı ilə məşğul olan sahibkarlarla, habelə aidiyyəti dövlət qurumları ilə birgə müzakirələr aparılır və müvafiq tədbirlər həyata keçirilir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!