USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ermənistan silahlı bölmələri dinc sakinləri hədəf alır

Cəbhəyanı yaşayış məntəqələrinin Ermənistan silahlı bölmələri tərəfindən intensiv atəşə tutulması davam edir.

Aprelin 4-də düşmən artilleriyasının atdığı mərmilər rayonun Düyərli kənd sakinləri Etibar Quliyevin evinə və Vüqar Ağayevin həyətinə düşüb. Nəticədə hər iki evə ciddi ziyan dəyib. Kənd sakini 1984-cü il təvəllüdlü Mehparə Əliyeva və 1976-cı il təvəllüdlü Kəmalə Ağayeva müxtəlif bədən xəsarətləri alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Müdafiə Nazirliyinin nümayəndələri rayon mərkəzi xəstəxanasında yaralıların vəziyyəti ilə tanış olublar.

Hazırda yaralıların vəziyyəti orta ağırdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!