USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları 34 ölkədə yayımlanacaq

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə bu mötəbər turnirin yayım hüququnu əldə edən 34 ölkənin müvafiq şirkətləri arasında razılıq əldə olunub.

Əməliyyat Komitəsindən ASAN Radioya bildiriblər ki, Oyunların keçirilməsinə bir ay qaldığı müddətdə elan olunan razılığa əsasən, bütün yayım şirkətləri mayın 12-də və 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimlərinin canlı yayımlanması, Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik proqram hazırlayacaqlar. Həmçinin həmin şirkətlərə Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 matçın canlı yayımlanması, Oyunlar haqqında iki saatlıq proqramlar zamanı eksklüziv yayımdan istifadə hüququna malik olacaqlar.

Şimali Afrika və Orta Şərq ölkələrində yayım hüququnu Ərəb Dövlətlərinin Yayım Birliyi (Arab States Broadcasting Union “ASBU”) əldə edib. İyirmi iki ölkənin əsas ödənişsiz dövlət yayım şirkətləri də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını öz kanallarında nümayiş etdirmək imkanı əldə ediblər.

“TV Media Sport” (TVMS) Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrinin eksklüziv agenti qismində razılığı imzalayıb. TVMS 12 ölkənin yayım şirkətləri - Fil Dişi Sahili (RTI), Nigeriya (NTA Sports 24), Tanzaniya (AZAM MEDIA GROUP ZBC2), Uqanda (UBC), Mozambik (TVM), Çad (ONRTV), Mali (ORTM), Qvineya (RTG), Niger (ORTN), Konqo Demokratik Respublikası (RTNC), Mavriki (MBC) və Burkina-Faso (RTB) qarşısında oyunlardan canlı yayımların və proqramların yayımlanması ilə bağlı öhdəlik götürüb.

“TV Media Sport” şirkətinin prezidenti Hedi Hamel razılıq barədə danışaraq deyib: “Beynəlxalq idman tədbirlərinin şaxələndirilməsi hər zaman “TV Media Sport” şirkətinin güclü fəaliyyət istiqamətlərindən biri olub və olmaqdadır. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları bu strategiyamızın mükəmməl təcəssümü olacaq”.

Bundan əlavə, “Bakı-2017” Türkiyənin aparıcı yayım televiziya kanalı olan TRT ilə müqavilə imzalayıb. Oyunların işıqlandırılması Surinamda və Qayanada IP vasitəsilə ATV və Milli Rabitə Şəbəkəsi tərəfindən yayımlanacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!