USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Sabirabad mərhələsi başlayıb

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Şirvandan sonra növbəti dayanacağı aprelin 13-də Sabirabad rayonu olub.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Kür və Araz çaylarının qovuşduğu məkandan - Suqovuşan hövzəsindən su götürülüb. İdmanın qaydasız döyüş növü üzrə dünya çempionatının qızıl medalçısı Azad Əsgərov, sərbəst güləş üzrə Azərbaycan çempionu Seyfulla Mehdiyev və Sabirabad şəhər 1 nömrəli tam orta məktəbin IV sinif şagirdi, futbol və rəsm həvəskarı Tahir Quliyev “Bakı-2017”nin misdən hazırlanmış qabını su ilə doldurub, axşam saatlarında şəhərdəki Heydər Əliyev parkında keçiriləcək su festivalına yola düşüblər.

Sonra Sabirabad şəhər Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil olan “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov, layihənin rəhbəri Ülviyyə Ələkbərova, oyunların ulduz səfirləri, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara qələbə sevinci arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə 3 və 6-cı sinif şagirdləri arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.

Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.

Qeyd edək ki, Xəzərdən başlayan səyahət 37 gün davam edəcək və mayın 12-də Bakıda açılış mərasimi ilə başa çatacaq. Ölkənin müxtəlif yerlərindən olan uşaqlar göl və çaylardan, şəlalə və bulaqlardan topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən artıq dövlətini Oyunlarda salamlayacaqlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!