USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ABŞ Dövlət Departamenti: “Hər iki tərəfi gərginliyi azaltmağa çağırırıq”

 “Dağlıq Qarabağda gərginliyin artması ilə əlaqədar biz öz narahatlığımızı ifadə etmişik. Biz Ermənistanı və Azərbaycanı gərginliyi azaltmağa çağırırıq. Atəşkəsə və davamlı sülhə nail olmaq Ermənistan və Azərbaycan liderlərinin siyasi iradəsindən asılıdır.  ABŞ  Minsk Qrupunun həmsədrlərindən biri kimi tərəfləri danışıq masasına qaytarmaq üçün cəhdlərini davam etdirəcək”.

APA-nın məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner Vaşinqtonda gündəlik brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Həmçinin həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, BMT nizamnaməsi və Helsinki Yekun Aktı, xüsusilə də gücdən istifadə etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinə uyğun nizamlanması üçün vasitəçilik cəhdlərini möhkəm dəstəkləyirik. Bildirdiyim kimi, davamlı sülh ölkə liderlərinin siyasi iradəsindən asılıdır. Biz Minsk Qrupu prosesi çərçivəsində məhz buna nail olmağa çalışırıq”, deyə M.Toner bildirib. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!