USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Qarabağ” növbəti dəfə Azərbaycan çempionu olub

Aprelin 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Premyer Liqanın lideri Ağdamın “Qarabağ” komandası sona iki tur qalmış 2016-2017-ci il mövsümündə çempionluğunu elan edib.

ASAN Radio xəbər verir ki, “Qarabağ” çempionluğu rəsmiləşdirmək üçün lazım olan 3 xalı səfərdə paytaxt təmsilçisi “İnter” komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq əldə edib.

Paytaxtdakı “İnter Arena”da keçirilən oyunun birinci hissəsinin 4-cü dəqiqəsində “Qarabağ”ın heyətində Mahir Mədətov “İnter”in qapısından ilk topu keçirərək hesabı açıb - 1:0. İlk hissədə “Qarabağ futbolçuları daha bir neçə dəfə qol vurmaq imkanı əldə etsələr də, uğur qazana bilməyiblər.

İkinci hissəyə sürətli hücumlarla başlayan Ağdam klubu matçın 54-cü dəqiqəsində ikinci qolu meydan sahiblərinin qapısından keçiriblər. Oyunda Cənubi afrikalı hücumçu Dino Ndlovu fərqlənib - 2:0. Dino Ndlovu görüşün 78-ci dəqiqəsində dubl etməklə hesabı 3:0-a çatdırıb. Bununla da lider ən yaxın izləyicisi “Qəbələ”ni 7 xal geridə qoyub.

Beləliklə, oyunda üç xala sahib olan Qurban Qurbanovun yetirmələri bu qələbə sayəsində sona iki tur qalmış ardıcıl dördüncü dəfə Azərbaycan Premyer Liqasının çempionu adını qazanıblar.

Xatırladaq ki, günün ilk görüşündə “Qəbələ” klubu çempionluq mübarizəsində “Kəpəz”ə Gəncədə 2:0 hesabı ilə məğlub olaraq səfərdə xal itirib. Bununla da “Qəbələ” çempionluq şanslarını faktiki itirib.

İyirmi altı oyundan sonra xalların sayını 56-ya çatdıran “Qarabağ” komandası turnir cədvəlində birinci sırada yer alıb. “Qəbələ” 49 xalla ikinci, “İnter” isə 43 xalla üçüncü pillədə qərarlaşıb. Digər yerləri isə müvafiq olaraq, “Zirə” (33), “Sumqayıt” (32), Kəpəz (30), “Neftçi”(29) komandaları tuturlar. Aktivində 10 xal olan “AZAL” isə sonuncu pillədədir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!