USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İrandan idxal edilən 4 tondan çox kartof məhv edilib

İran İslam Respublikasından idxal edilən məhsullara fitosanitar nəzarət həyata keçirilərkən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin  Bakı-Abşeron rayonlararası BKM-nin müfəttişləri tərəfindən 4500 kq kartofda karantin tətbiq edilən zərərli orqanizim olan kartof güvəsi (Phthorimaea operculella  Zell) aşkar edilib.

Adı çəkilən məhsul kartof güvəsinin təhlükəliliyi nəzərə alınmaqla və karantin tətbirləri sisteminə riayət etməklə Sumqayıt şəhər "Təmizlik Departamenti" MMC-nin poliqonunda məhv edilib.

Qeyd edək ki, kartof güvəsi kartof, badımcan, pomidor, bibər, tütün və quşüzümü fəsiləsinə aid yabanı bitkilərin karantin zərərvericisidir. Anbar və digər saxlama yerlərində diapauzaya düşmədən il boyu çoxala bilər.

Zərərverici yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır və daha çox kartofa ziyan vurur. Zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə güclü yoluxur, görkəmini və əmtəəlik keyfiyyətini itirir.

Qeyd edək ki, Kənd Təsərrüfat Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti mütamadi olaraq Azərbaycan ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə genişmiqyaslı təcrid və ləğedici tədbirlər həyata keçirir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!