USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Şəhidlərin xatirəsinə həsr olunmuş beynəlxalq cüdo turnirində Azərbaycan, Rusiya, İran və Gürcüstanın komandaları iştirak edəcəklər

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin nümayiş etdirdiyi yüksək döyüş qabiliyyəti, qəhrəman əsgər, gizir və zabitlərimizin ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdikləri hünər və şücaətlər xalqımızda böyük qürur və iftixar hissi doğurur. Ötən ilin aprel ayında düşmən təxribatının qarşısının alınması və ordumuzun əks həmləsi nəticəsində torpaqlarımızın bir hissəsinin işğaldan azad edilməsi isə müasir hərb tariximizin şərəfli səhifəsidir.

Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012”nin təşkilatçılığı ilə 21 yaşınadək oğlanlar və qızlar arasında (U-21) cüdo üzrə klub komandalarının bu il aprelin 20-də keçiriləcək beynəlxalq turniri həmin döyüşlərdə qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr edilib.

“Raquf Orucov Kuboku” adlandırılan bu turnirdə Azərbaycanla yanaşı, Rusiya, İran və Gürcüstanın klub komandaları iştirak edəcəklər. Yarış Bakı Əl Oyunları İdman Sarayında 2017-ci il aprelin 20-də saat 10.00-da başlanacaqdır. Rəsmi açılış mərasimi həmin gün saat 17.00-da olacaq, sonra final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək.

Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini inkişaf etdirmək, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!