20/09/2017 20:29

Valyuta USD EUR RUB TRY
Kurs 1.7007 2.0421 0.0293 0.4878


Mədəniyyət

Nazir: "Bakı Şopinq Festivalı çərçivəsində 350 min manatdan çox vəsait alıcılara geri qaytarılıb"


18.04.2017   17:14


"Bakı Şopinq Festivalı başladığı gündən indiyə qədər 350 min manatdan çox vəsait Vergilər Nazirliyi tərəfindən alıcılara geri qaytarılıb".

ASAN Radio xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, bu, ümumi məbləğin 10 faizinin qaytarılması deməkdir: "Ümumi alış dövriyyəsi təxminən 3 milyon 500 min manat artıb. Digər vaxtlara nisbətdə bu rəqəmlər ümidvericidir. Hər hansı çətinliklər yaranan zaman bank mütəxəssisləri, eyni zamanda Vergilər Nazirliyinin əməkdaşları peşəkarlıqla bunu aradan qaldırırlar".

Ə.Qarayev bildirib ki, Bakı Şopinq Festivalına maraq hər gün daha da artır: "Nəzərə alsaq ki, festivalın keçirilməsi üçün cəmi 2 ay hazırlıq işləri gördük. Ciddi təbliğat və reklam olmamışdı. Bu onu göstərir ki, festivala böyük maraq var. Ayın sonunda bilinəcək ki, festivalda xaricdən gələn turistlər, yoxsa yerli vətəndaş daha çox pul xərcləyib və alış-veriş edib". 




Xəbər lenti

20 Sentyabr
19 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook