USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident yanında Gənclər Fonduna 3 milyon manat ayrıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

ASAN Radio xəbər verir ki, sərəncamda deyilir:

Yeniyetmə və gənclərin fəal vətəndaş kimi formalaşmasına, intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ölkəmizin beynəlxalq aləmdə tanıdılmasına yönəlmiş layihələrin reallaşmasına kömək göstərmək məqsədilə 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır.

Azərbaycanda ilk dəfə olaraq layihələrin elektron qəbulu sistemini tətbiq edən, gənclər təşkilatları ilə yanaşı 16-29 yaşlı fiziki şəxsləri də dəstəkləyən Fond indiyədək 9 qrant müsabiqəsi keçirmiş, 3300-dən artıq layihə təklifini maliyyələşdirmişdir. Həmin layihələrin üçdə biri gənclər təşkilatlarına, qalan hissəsi isə respublikamızın müxtəlif bölgələrində yaşayan, istedadı və ictimai fəallığı ilə seçilən fərdlərə məxsus olmuşdur. Reallaşdırılan layihələr ilk növbədə on minlərlə gəncin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxından iştirakını təmin etməyə yönəlmişdir. Fond fəaliyyəti dövründə yüzlərlə Azərbaycan gəncinin müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etməsinə də şərait yaratmışdır. Bütün layihələrin icrasına 5 il ərzində 19 milyon manatadək vəsait ayrılmışdır.

Qrant müsabiqələrində şəffaflığın təmin olunması, monitorinq və hesabatlılıq sisteminin effektiv təşkili, maliyyələşdirilən layihələrin səmərəli icrası Fonda maraqlı təşəbbüslərlə müraciət edənlərin sayının ilbəil artmasına səbəb olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ictimai əhəmiyyət kəsb edən innovativ ideyaların və yaradıcı təşəbbüslərin dəstəklənməsinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin təqdim etdikləri layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!