USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan diasporunun üzvləri Niderland deputatları ilə görüşüb

"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin üzvləri Niderland Parlamentində DENK Partiyasinin liderləri ilə görüşüb. Görüşdə Niderland Parlamentinin türk əsilli millət vəkilləri Tunahan Kuzu, Səlcuk Öztürk, Qadınlar Birliyinin üzvləri və Rotterdam Erasmus universitetində təhsil alan 3 azərbaycanlı tələbə - Məhəmməd İbrahimov, Bayram Orucov və Mehrab Bağırlı iştirak edib.

Görüş haqqında məlumat verən Birliyin sədri Mayisə Ağamirzəyeva bildirib ki, azərbaycanlılarla türklər üçüncü dövlətin ərazisində də bir-birinin kədərinə və sevincinə şərik olduğu üçün rəhbərlik etdiyim təşkilat adından türk millət vəkilləri Tunahan Kuzu və Səlcuk Öztürkü təbrik etməyi özümüzə borc bildik. Görüşdə Azərbaycan diasporunun təmsilçiləri Niderland Parlamentinin yeni seçilmiş türk əsilli üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

Millət vəkilləri isə öz növbəsində Qadınlar Birliyinin bu addımını yüksək qiymətləndirdiklərini və belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini bildiriblər. Görüşdə hər iki xalqın nümayəndələrinin xarici ölkələrdə bir-birinə dəstək olmasının vacibliyi vurğulanıb, Qadınlar Birliyinin uğurlu lobbiçilik fəaliyyəti üçün dəstək göstəriləcəyi ifadə olunub.

Bu ilin mart ayında Niderland Krallığının Parlametinə keçirilən seçkilərlə bağlı məlumat verən M.Ağamirzəyeva bildirib ki, türk əsilli 2 gənc liderin yeni yaratdığı DENK Partiyasından Parlamentdə 3 deputatla təmsil olunur: “Partiyının liderləri artıq bir neçə ildir Hollandiyada siyasətə qoşulublar və ölkənin aparıcı partiyalarından birində fəaliyyət göstəriblər. Seçkilərin başlamasına bir neçə ay qalmış öz partiyalarını yaradan liderlər seçkilərə qatılaraq qələbə qazanıblar”. M.Ağamirzəyevanın sözlərinə görə, partiyanın qısa vaxt ərzində uğur qazanmasının səbəbi təşkilatın Hollandiyada əhalinin sosial həyatına uyğun və ayrımçılığa qarşı fəaliyyət proqramı ilə çıxış etməsi olub. DENK-in platformasında əsas yeri Niderlandda yaşayan milli azlıqların hüquqlarını müdafiə etmək tutur.

Görüşün sonunda DENK Partiyasının arxiv-muzeyinə xatirə hədiyyələri təqdim olunub.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!