USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda soyğunçuluq, quldurluq və oğurluq törətmiş 38 qrup zərərsizləşdirilib

2017-ci ilin 3 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 2865 cinayət qeydə alınıb ki, onların da 82,3%-i (2.359-u) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,7%-i isə (506-ı) ağır və xüsusilə ağır növlər olub.

ASAN Radio xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə adam öldürməyə cəhdlər 3 dəfə, qəsdən sağlamlığa ağır zərər vurmalar 40,0% azalıb.

Baş verən cinayətlərin 75,4%-nin (74,4%), ağır növlərinin 73,8%-nin (78,5%), qeyri-aşkar şəraitdə baş verənlərin 67,7%-nin (60,4%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan  438 cinayətdən 88,4%-i (93,5%), o cümlədən qəsdən adam öldürmələrin 100%-i (94,4%), adam öldürməyə cəhdlərin 100%-i  (100%) açılıb.

Müqayisə edilən dövrlə nisbətdə ümumi cinayətlərin açılması 1,0%, qəsdən adam öldürmələr 5,6%, mülkiyyət əleyhinə olan cinayətlər 4,0%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqları 40,2%, xüsusi əmlak oğurluqları 8,4%, mənzillərdən edilən oğurluqlar 13,6%, mal-qara oğurluğu 38,3%, soyğunçuluqlar 11,5%, quldurluqlar 2,7%, xuliqanlıqlar 6,6%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 0,8% yaxşılaşıb.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 1.242 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 61 bağlı cinayət açılıb.

Təqsirləndirilən şəxs qismində axtarışda olan 767 nəfərdən 43,8%-i (+1,3%, 336-ı), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 370 nəfərdən isə 24,9%-i (-6,0%, 92-i) tutulub.

Bununla yanaşı, 17 soyğunçuluq və quldurluq cinayəti törətmiş 40 nəfərdən ibarət 17 qrup, eləcə də 38 mənzil oğurluğu törətmiş 51 nəfərdən ibarət 21 cinayətkar qrup ifşa olunub.

Narkotiklərlə bağlı aşkar edilmiş 294 (351) fakt üzrə qanunsuz dövriyyədən 161 kq-dan çox (+46 kq 948 qr) narkotik vasitə çıxarılıb.

Hesabat dövründə 44 odlu silah, 4 qumbara, 1319 ədəd döyüş patronu yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 31 odlu silah əməliyyat yolu ilə götürülüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!