17/10/2017 22:42

Valyuta USD EUR RUB TRY
Kurs 1.7003 2.0028 0.0297 0.4659


Rəsmi

Sumqayıtda avtomobil yollarının təmirinə vəsait ayrıldı


20.04.2017   18:11


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

ASAN Radionun məlumatına görə, sərəncam deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.




Xəbər lenti

17 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook