USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Görüşdə nazirlər bu il Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini bildirərək, bu illər ərzində bütün sahələrdə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən məmnunluq ifadə etdilər.

XİN-dən ASAN Radioya bildirilib ki, nazir Angelino Alfano Azərbaycanın çox önəmli və etibarlı tərəfdaş olduğunu, yüksək səviyyəli siyasi dialoqun mövcudluğunu, əlaqələrin strateji əhəmiyyət kəsb etdiyini bildirdi. Həmçinin A.Alfano enerji sektorunda əlaqələrin vacibliyi, TAP layihəsinin əhəmiyyətini qeyd edərək, iqtisadi əlaqələrin digər sektorlarda dərinləşdirilməsi istiqamətində geniş imkanların olduğunui vurğuladı.

Nazir Məmmədyarov iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu, bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-ci ildə İtaliyaya səfəri vaxtı qəbul edilmiş birgə bəyanatda təsbit olunduğunu, İtaliyanın ölkəmizin Avropa İttifaqında ən iri ticarət tərəfdaşı olduğunu, enerji sektorunda geniş əməkdaşlığın mövcudluğunu, humanitar sahədə əlaqələrin, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətini qeyd etdi.

O, Cənubi Qaz Dəhlizi və onun vacib hissələri ilə TANAP və TAP layihələrinin əhəmiyyətini diqqətə çəkdi. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verərək bu istiqamətdə əməkdaşlığın əlverişli perspektivlər vəd etdiyini dedi. 

Elmar Məmmədyarov həmkarına Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və strateji tərəfdaşlıq sazişi üzrə danışıqlar barədə məlumat verdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov Aİ-nin dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyinin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğuladı.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşün sonunda nazirlər birgə mətbuat konfransı keçirdilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!