26/04/2017 10:09

Valyuta USD EUR RUB TRY
Kurs 1.7022 1.8260 0.0301 0.4638


Gündəm

Parisdə terror! Polislərə hücum olub - ölənlər var


21.04.2017   07:50


Fransa prezidenti Parisdəki atışmanı terror aktı adlandırıb. Fransa prezidenti Fransua Olland bildirib ki, Parisdə polis əməkdaşlarına qarşı törədilən hücum, ilkin məlumatlara əsasən,  terror xarakteri daşıyıb.  

Onun sözlərinə görə, yekun rəy Paris prokurorluğunun antiterror şöbəsinin apardığı istintaqın nəticələri bəlli olduqdan sonra veriləcək.  

Dövlət başçısı aprelin 21-də Təhlükəsizlik Şurasının iclas keçirəcəyini bildirib. Olland bu barədə baş nazir və DİN rəhbərinin iştirakı ilə keçirdiyi təcili müşavirədən sonra bildirib.  

Olland həmçinin hücum nəticəsində 1 polisin həlak olduğunu, daha ikisinin yaralandığını. İnsident nəticəsində daha bir qadın yüngül yaralanıb. Hücum edən şəxs cavab atəşi ilə məhv edilib.

İŞİD terror qruplaşması Parisdəki atışmaya görə məsuliyyəti öz üzərinə götürüb. 




Xəbər lenti

26 Aprel
25 Aprel







ASAN Radio telefonunuzda
Facebook