USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Minsk Qrupunun həmsədrləri bu gün Bakıda görüşəcəklər

ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda iştirak etmək üçün regiona yola düşüb. Görüşlərin bu gün Bakıda baş tutacağı planlaşdırılıb.

 Qeyd edək ki, dünən Vyanada ATƏT-in Minsk Qrupuun geniş formatda yığıncağı keçirilib. İclasda Minsk Qrupunun həmsədri Ceyms Uorlikin hesabatı dinlənilib.

Həmsədrlərdən İqor Popov və Pyer Andryunun Daimi Şuranın iclasını gözləmədən regiona yollanıb, Ceyms Uorlikin isə daha sonra onlara qatılacağı bildirilmişdi.

Həmsədrlər Bakı, Xankəndi və İrəvanda danışıqlar keçirməyi, Dağlıq Qarabağda qarşıdurmanın dayandırılmasına dair tədbirləri və danışıqlar prosesinin bərpa olunması yollarını müzakirə etməyi planlaşdırırlar.

Həmsədrlərin daha sonra Vyanaya ATƏT üzvlərinə görülən səylər barədə hesabat təqdim edəcəkləri gözlənilir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!