28/05/2017 04:58

Valyuta USD EUR RUB TRY
Kurs 1.7021 1.9133 0.0302 0.4785


ASAN xəbər

Şəmkirdə “Şahin” hərbi-idman oyunları üzrə zona birinciliyi keçirilib


21.04.2017   11:25


Şəmkir rayonundakı “N” saylı hərbi hissədə “Şahin” hərbi-idman oyunları üzrə zona birinciliyi keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, “N” saylı hərbi hissənin zabitləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin, rayonun gənclər və idman idarəsinin, təhsil,  mədəniyyət və turizm şöbələrinin rəhbərliyi tədbirdə iştirak ediblər.

Çıxış edənlər zona birinciliyində iştirak edən müxtəlif rayonlardan gəlmiş komandaların üzvlərinə uğurlar arzulayıblar. Bildirilib ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməkdən ibarətdir.

“Şahin” hərbi-idman oyunlarında Mingəçevir və Gəncə şəhərləri, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Göygöl, Daşkəsən, Samux, Qəbələ və Kəlbəcər rayonlarından olan məktəblilər iştirak ediblər.

Yarışın nəticələrinə əsasən, birinci yerə Mingəçevir şəhərinin, ikinci yerə Samux rayonunun, üçüncü yerə isə Qazax rayonunun komandaları layiq görülüblər.




Xəbər lenti

27 May





ASAN Radio telefonunuzda
Facebook