USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssislərinin Rusiya səfəri başa çatıb

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mütəxəssisləri Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin dəvəti ilə aprelin 19-u və 20-də Moskva şəhərində işgüzar səfərdə olublar.

Agentliyin direktorunun müavini Nigar Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyətini Rusiya Federasiyasının səhiyyə nazirinin müavini D. V. Kostennikov qəbul edib. Nazir müavini görüşdə Rusiyada icbari tibbi sığortanın tətbiqi təcrübəsi haqqında geniş məlumat verib. İcbari tibbi sığorta sistemi çərçivəsindən vətəndaşlara göstərilən xidmətlər, onların əlçatanlığı, dəyərinin hesablanması və göstərilən tibbi xidmətlərin keyfiyyətinə nəzarət sistemləri sahəsində Rusiya Federasiyasında mövcud qanunvericilik bazası haqqında məlumat verərək, Azərbaycan Respublikası İTSDA ilə mümkün əməkdaşlıq istiqamətləri haqqında da söhbət açıb.

Agentliyin direktoru müavini Nigar Bayramova Prezidentin sərəncamı ilə 2017-ci ildən Azərbaycanda tətbiq edilən icbari tibbi sığortanın pilot layihəsinin gedişatı haqqında məlumat verib.

Səhiyyə Nazirliyinin və Rusiya Federasiyasının icbari tibbi sığorta fondunun nümayəndələri İTS proqramı və tibbi xidmətlər, sığorta ödənişləri və vergilər, tibbi xidmətlərin ödənişi, tibb müəssisələri və onların fəaliyyətinə nəzarət, İTS üzrə məlumatların toplanma və təhlili və sair istiqamətlərdə Azərbaycan heyətini maraqlandıran sualları cavablandırıblar. İTS tətbiqi ilə əlaqədar mümkün çətinliklər və onların aradan qaldırılması sahəsində Rusiya Federasiyasının təcrübəsi haqqında ətraflı məlumat verilib.

Görüşün yekununda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Rusiya Federasiyasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Fondu arasında gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!