USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Məleykə Abbaszadə: "Dövlət İmtahan Mərkəzinin saytından materialların yüklənməsi və istifadəsi pullu olacaq"

Bir ildən sonra Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən bütün materialların yüklənməsi və istifadəsi pullu olacaq.

ASAN Radio xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu gün lazımi materiallar saytda açıq formada qoyulub və onları hər kəs yükləyə bilər: "Bir ildən sonra onların hamısı pullu olacaq. Çünki həmin materialların hamısı bizim öz məhsulumuzdur. Bu məhsulu istifadə etmək bir tərəfə qalsın, hələ öz adlarına çıxarırlar. Heç olmasa, istifadə etdikdə pul versinlər”.

Direktorlar Şurasının sədri elmi və ya hüquqi müstəvidə gedən müzakirələrə hər zaman açıq olduqlarını, lakin müzakirələr siyasi müstəviyə keçiriləndə ona qatılmadıqlarını vurğulayıb: “2014-cu ildə monitorinq imtahanlarına aid olan elmi-statistik təhlil ictimaiyyətə təqdim edildi. Ondan sonra gözləyirdim ki, hansısa elmi müzakirələr aparılacaq. Çox təəssüflər olsun ki, təqdim etdiyimiz elmi-metodiki işin nəticələri elmi müzakirələrə yox, hansısa ayrı müstəviyə keçib, siyasi bir müzakirələrə çevrildi. Bunun günahkarı biz deyilik. Yalnız mütəxəssislərlə elmi müstəvidə müzakirələr aparmağın tərəfdarıyıq. Biz siyasi müstəvidə gedən müzakirələrə qoşulmuruq. Elmi müstəvidə müzakirə təqdim edirəm, amma təəssüf ki, məni siyasi müstəviyə çəkirlər. Biz elmi araşdırmalarımızı aparıb, ictimaiyyətə təqdim edirik. İctimaiyyət bunu necə qiymətləndirir, bu, artıq ayrı məsələdir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!