USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Külək cənubda elektrik xətlərini dolaşdırdı, qərbdə kənar əşyaları xətlərə çırpdı

Aprelin 23-dən ölkə ərazisində baş verən güclü külək nəticəsində elektrik enerjisi təsərrüfatında yaranan bəzi problemlər aradan qaldırılır. Bu barədə ASAN Radioya açıqlamasaında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, güclü külək nəticəsində bölgələrdə yaranmış problem dərhal aradan qaldırılır: "Aprelin 23-də axşam saatlarında cənub bölgəsində güclü külək elektrik xətlərinin dolaşmasına səbəb olub və bəzi yerlərdə xətlərdə açılmalar yaranıb. "Azərişıq" ASC-nin məkdaşları və canlı qüvvəsi həmin əraziləri nəzarətə götürərək dərhal problemi aradan qaldırıb".

T.Mustafayev bildirib ki, külək həmçinin, ölkənin qərb və aran bölgələrində də problemlər yaradıb: "Əslində, xətlərdə problem yoxdur. Küləyin təsirindən kənar əşyaların xətlərə dəyməsi nəticəsində belə problemlər yaranır. Məsələn, evlərin, obyeklərin dam örtüklərində küləyin təsirindən qopmalar olur və xətlərə dəyir, ağaclar qırılır, xətlərin üzərinə düşür və bu cür problemlər yaranır. Bu problemlər də dərhal aradan qaldırılır".

Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı isə bildirib ki, rayonun ucqar kəndlərinə verilən elektrik enerjisində təhlükəsizlik məqsədilə qısamüddətli fasilə yaranıb: "Rayonun Qızılavar, Bədəlan, Kolatan, Türkoba kəndləri ucqar kəndlərdir və burda külək daha güclüdür. Ona görə də həmin kəndlərə səhər saatlarında təhlükəsizlik məqsədilə elektrik enerjisinin verilişi dayandırılmışdı. Amma hazırda həmin kəndlər də fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Hazırda "Azərışıq" ASC-nin əməkdaşları rayon ərazisindəki elektrik xətlərini nəzarətə götürüb, yaranacaq istənilən problem dərhal aradan qaldırılır".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!