Bu gün Bakı şəhərinin bir neçə rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Saat 09.00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Kürdəxanı və Balaxanı qəsəbələrində, Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarında, Xəzər rayonunun Südçülük sovxozu, Binə və Şüvəlan qəsəbələrində, Suraxanı rayonunun Hövsan qəsəbəsində, Abşeron rayonunun Novxanı bağ massivi, Digah, Məmmədli, Fatmayi və Goradil kəndlərinin və Nərimanov rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!