USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nantda “Fransa Azərbaycan Mədəniyyət Mərkəzi”nin yaradılması perspektivləri müzakirə edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) və Azərbaycanın Fransadakı Səfirliyinin nümayındələri “Paris Azərbaycan Evi”nin rəhbərliyi ilə birgə Fransanın Nant şəhərində Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb.

Nant şəhəri və ətraf bölgələrdə yaşayan azərbaycanlılarla görüşdə buradakı soydaşlarımızın problemləri, yerli cəmiyyətə inteqrasiya məsələləri, Azərbaycan həqiqətlərinin təbliği, “Fransa Azərbaycan Mədəniyyət Mərkəzi”nin perspektivləri ilə bağlı müzakirələr aparılıb. Nantdakı Azərbaycan diasporunun fəaliyyət perspektivlərinə dair fikir mübadiləsi aparan soydaşlarımız cəmiyyətin yaradılmasına dəstək göstərəcəklərini bildiriblər.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatla birbaşa əməkdaşlıq imkanları qeyd edilərək, eyni zamanda digər müvafiq dövlət qurumları, Azərbaycan və türk diaspor təşkilatları ilə işbirliyinin vacibliyi vurğulanıb. Fransadakı azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin daha yüksək səviyyədə koordinasiya olunması ilə bağlı təkliflər səsləndirilib. Görüşün sonunda təşkilata kitab və digər hədiyyələr təqdim edilib.

Nümayəndə heyəti daha sonra Nantes Türk Kültür Dərnəyinin rəhbəri Davud Keres, Nant şəhəri ətrafında fəaliyyət göstərən digər türk dərnəklərinin rəhbərləri ilə görüş keçirib. Görüşdə Nantdakı Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi məsələləri ilə bağlı müzakirələr edilərək müəyyən razılıqlar əldə edilib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!