Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən məhsullar arasında Ermənistan malları da var
ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı deyib.
O bildirib ki, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən məhsulların əksəriyyəti Rusiya, İran və Gürcüstandan daxil olur. Bəzən Ermənistan mənşəli məhsulları da ölkəyə gömrük nəzarətindən gizlədərək keçirmək istəyirlər. Ermənistandan ölkəmizə gətirilən məhsulları əsasən siqaretlər və spirtli içkilər təşkil edir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!