USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Şahin Əliyev: Qanun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını ləğv edə bilməz

ASAN Radio xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisində “Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Nəzərdə tutulan dəyişikliklər ətrafında mediada aparılan müzakirələrdə yanlış şərhlərə də rast gəlinir. Nəzərdə tutulan dəyişikliklər barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev AZƏRTAC-a açıqlama verib. O deyib:

-Təəssüf ki, Azərbaycan Respublikasının Konstitusiyasını oxuyan jurnalistlərin sayı kifayət qədər azdır. Bilmək lazımdır ki, qanun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını ləğv edə bilməz. Çünki Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsində nəzərdə tutulub.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa nəzərdə tutulan dəyişikliklərin mahiyyəti isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən bir sıra qurumlar dövlət qulluqçuları təsnifatına salınsın. Misal üçün, Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təmin edilməsində yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyası deyil, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti də iştirak edir.

Ona görə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklərdə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən qurumlar cəm halda göstərilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının adı qanunda öz əksini tapa bilər, çünki bu ad Konstitusiyada təsbit olunub. Lakin adını çəkdiyim digər iki qurumun - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin adları qanuna salına bilməz. Ona görə ki, bu hal olsaydı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri məhdudlaşmış olardı.

Konstitusiyaya görə, Azərbaycan Respublikasının Prezidenti qanunları poza bilməz və adını çəkdiyim qurumların mövcudluğu qanunda öz əksini tapsaydı, gələcəkdə zərurət olduqda Prezident onları yenidən təşkil edə və ya adlarını dəyişdirə bilməzdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!