USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATU-nun Tədris Cərrahiyyə Klinikasında takayasu damar xəstəliyindən əziyyət çəkən qadın ana olub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ağır hamiləlik uğurla başa çatıb. Takayasu damar xəstəliyindən əziyyət çəkən Ağdaş rayon sakini, 1990-cı il təvəllüdlü Vüsale Cəbrayılova analıq sevincini yaşayıb.

Klinikanın 2-ci Mama-ginekologiya şöbəsinin müdiri Uzman dr. Turab Canbaxışovun ASAN Radioya verdiyi məlumata görə, xəstə uzun illər ana olmaq həsrətində idi. Lakin xəstəliyi ilə əlaqədar buna nail ola bilmirdi. Azərbaycanda və Moskvada bir çox mütəxəssislərə müraciət etsə və bir sıra müalicələr alsa da, həkimlər bunun çox riskli hamiləlik olacağından ehtiyat ediblər.

ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edən qadın bu arzusunu reallaşdırıb. Xəstənin müalicə həkimi 2-ci Mama-Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun bildirdiyinə görə, bu xəstəlik dünyada bir milyon insandan bir-ikisində rast gəlinsə də, Asiya ölkələrində yüz min insandan iki-üçündə olur: “Qan təzyiqini artıran bu xəstəlik, aorta deyilən ana damar və bütün daxili orqanlarına gedən damarların daxili divarını zədələyərək, daralmasına və hətta tutulmasına gətirə bilər. Həmin xanımın bu problemlə əlaqəli olaraq bir böyrəyini qidalandıran damarın bağlanma təhlükəsinın olduğu üçün bir neçə il əvvəl stend də yerləşdirilib. Uzun müddət müalicələrdən sonra xanım hamilə qalıb. Takayasu endoarteriit xəstəliyi ilə hamilə qalan xanımların 53%-də fəsadlar görülür. Bunlardan təzyiqin daha da artmasıdır, preeklampsiya xəstəliyin inkişafıdır, erkən aylarda düşüklərin olmasıdır, ana bətnində dölün inkişaf ləngiməsi və hətta tələf olması kimi riskləri daşımaqdadır”.

Həkimin sözlərinə görə, xəstə üzərində aparılan müalicələrə baxmayaraq, preeklampsiya (müalicəyə tabe olmayan yüksək təzyiq) inkişaf edib və 34-cü həftəsini doldurub: “Bu səbəbdən də hamiləliyi kesar üsulu ilə sonlandırmaq məcburiyyətində qaldıq. Sağlam doğulan və 2160 qram çəkiyə malik olan körpə yenidoğulmuşların reanimasiyasına yatırılmışdı”.

Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın sözlərinə görə, körpə 6 gün reanimasiyada qalıb və vaxtından əvvəl dünyaya göz açdığı üçün müəyyən problemləri olub. Buna baxmayaraq, müasir tibbi müdaxilələrlə bütün problemlər aradan qaldırılıb və ailəsinə sağlam bir şəkildə təhvil verilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!