27/06/2017 09:11

Valyuta USD EUR RUB TRY
Kurs 1.7022 1.8999 0.0285 0.4850


Mədəniyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva MDU nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda olub


26.04.2017   09:46


Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda (MDU AAÖİ) olub.

ASAN Radio bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan dilini öyrənən tələbələrlə və Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasının kollektivi ilə görüşüb. Görüşdə toxunulan mövzular arasında ekologiya, təbiəti mühafizə, müxtəlif ekoloji sistemlərin bir-birindən asılılığı problemləri xüsusi maraq doğurub. Leyla Əliyeva görüş iştirakçılarına “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin – IDEA-nın (International Dialogue for Environmental Action) və RAGB-ın fəaliyyətindən danışıb.

Mərkəzi Asiya və Qafqaz ölkələri kafedrasında Azərbaycan dilini öyrənən tələbələr qonaqlara Məcid Şamxalovun “Qaynana” pyesinin motivləri əsasında eyniadlı tamaşanı təqdim ediblər. Tələbələr Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısını və Azərbaycan milli rəqsini ifa ediblər.

Leyla Əliyeva gözəl quruluşa görə tələbələrə təşəkkür edərək deyib: “Tamaşa məndə çox güclü təəssürat oyatdı, qürur və sevinc hissləri keçirdim, özümü xoşbəxt hiss etdim”. Leyla Əliyeva yeni şeirlərini oxuyaraq institutun kollektivinə özünün “Ulduzlar pillə-pillə düzülsəydi səmaya” (“Если б звезды ступеньками стали”) şeirlər toplusunu hədiyyə edib.

AAÖİ-nin fəxri prezidenti, MDU-nun professoru Mixail Meyer instituta gəldiyinə görə Leyla Əliyevaya təşəkkür edib və Azərbaycan dilini öyrənən tələbələrin təhsilində Heydər Əliyev Fondunun rolunu vurğulayıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva AAÖİ-yə ilk dəfə gəlmir. Fond bir neçə il əvvəl instituta linqafon kabineti hədiyyə edib. Ən yaxşı tələbələr isə Azərbaycan xalqının mədəniyyəti və ənənələri ilə yaxından tanış olmaq üçün ölkəmizə səfər etmək imkanı qazanıblar.




Xəbər lenti

25 İyun
24 İyun







ASAN Radio telefonunuzda
Facebook