USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda erməni saxtakarlıqları və uydurmalarının ifşası mövzusunda konfrans keçirilir

Bakıda Müəllif Hüquqları Agentliyinin təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans başlayıb.

ASAN Radionun məlumatına görə, tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, elm xadimləri iştirak edir.

Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov bildirib ki, bu, UNESCO-nun elan etdiyi 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ günü və 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş silsilə tədbirlərdən biridir: "Aprelin 24-ü qondarma “erməni soyqırımı” günüdür. Məqsədimiz hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa etməkdir. Erməniçilik folklor yaradıcılığının bir növünə - mif yaradıcılığına çox meyllidir. Bu mifologiyanın məqsədi “böyük torpaqlar” stereotipini və qonşulara qarşı ərazi iddialarını bir-birinə bağlamaq, qonşuların mədəni irsinin mənimsənilməsinə “təbiilik” gətirmək, haqq qazanmaq üçün “sübutlar”, hətta “legitimlik” qazanmaqdır. Ermənilərin “müstəsnalığı” haqqında yaradılmış mif və xarici aləmə qarşı “əzabkeşlik” tezisindən irəli gələn ambisiya və iddialar erməni düşüncəsində təbii olan adilik rolunu hər cür aradan götürməyə çalışır".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!