USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq turizm sərgisində İslamiada və “Formula 1”in təqdimatı keçirilib

24-27 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay Əmirliyində keçirilən “ATM 2017” beynəlxalq turizm sərgisində “4-cü İslam Həmrəyliyi Oyunları”nın və 23-25 iyun tarixlərində keçiriləcək “Formula 1”in təqdimatı keçirilib.

Bu barədə ASAN Radioya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Bildirilir ki, “ATM 2017” beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil olunur. Heyətə həmçinin, ölkəmizin 50-yə yaxın yerli turizm şirkəti və mehmanxanası (“Azərbaycan Konqreslər Bürosu”, “Formula 1”, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu”, “Shahdag Mountain Resort”, “SW travel”, “AZAL”, “Galaxy travel”, “STİ travel”, “BillurTur”, “Eurotourism”, “Gilan Tourism”, “AGT travel”, “Dervish travel”, “İmprotex travel”, “Khazar Travel”, “Safe Way”, “Zakher Travel”, “Natali Travel”, “Tempus Travel”, ”Kings Travel”, “OK Tours”, “Paramount Club”, “Vizit Tur”, “Aristokrat Travel”, “Greenwich Travel”, “Atlas Travel”, “The Tour”, “Green Apple”, “Khazar Travel”, “Pasha Travel”, “Millennium tourism”, “Victory tour”, “Falcon travel”, “Turizm.az”, “Flame Tour”, “Excelsior Hotel Baku”, “Rixos Guba”, “Fairmont Hotel Baku”, “Hotel Badamdar”, “Absheron Hotel Group”, “Stay Bridge Hotel”, “Shamakhi Palace Sharadil”, “Qafqaz Hospitality”) da daxil edilib.

Ölkəmizin dünyanın ən aparıcı turizm sərgilərindən hesab edilən “ATM 2017” tədbirində iştirakı Azərbaycanın Körfəz ölkələrində turizm nümayəndəliyi olan “Atlantis Holidays” şirkətinin təşkilatı dəstəyi ilə həyata keçirilir. Bu sərgidə Azərbaycanın turizm potensialının təqdimatı məqsədilə 100 kv.m sahədə xüsusi dizayn əsasında iki mərtəbəli stend hazırlanmışdır və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və ərəb dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub. Sərgi çərçivəsində Bakı şəhərində cari ilin 12-22 may tarixlərində keçiriləcək “4-cü İslam Həmrəyliyi Oyunları”nın və 23-25 iyun tarixlərində keçiriləcək “Formula 1”in təqdimatı keçirilib. Həmçinin, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018”-in təqdimatına sərgi çərçivəsində xüsusi önəm verilib.

Körfəz ölkələri ölkəmizə gəlmə turizmi baxımından prioritet ölkələrdəndir.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2006-cı ildən etibarən “ATM” beynəlxalq turizm sərgisində iştirak edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!