"Biz ötən il Azərbaycanla neft hasilatının azaldılmasına dair məsləhətləşmələr aparmışıq. Azərbaycan öz üzərinə götürdüyü öhdəliyə əməl edərək sutkalıq neft hasilatını 35 min barel azaldıb. Azərbaycan nəinki öhdəliyə əməl edib, hətta hasilatı artıqlaması ilə azaldıb". ASAN Radio xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl-Falih deyib.
Onun sözlərinə görə, istər Azərbaycan, istərsə də Səudiyyə Ərəbistanı öz öhdəliyinə sadiqdir. “Öz öhdəliklərini artıqlaması ilə yerinə yetirdiklərinə görə, Azərbaycan, Səudiyyə Ərəbistanına, o cümlədən Anqola və digər ölkələrə böyük təşəkkür düşür. Biz digər ölkələri də həvəsləndirməliyik. Başa düşürük ki, bazar yalnız neft hasilatçılarının maraqları çərçivəsində inkişaf edə bilər. Tələb və təklif arasında artıq balans var. Ötən müddət ərzində təklifin həddindən artıq artması bazarda volatilliyə səbəb olmuşdu. Azərbaycan neft ixracatçısı olduğundan onun maraqları və fikirləri bizim üçün çox vacibdir. Mənim neft bazarı ilə bağlı optimist planlarım var. Düşünürəm ki, bazar bu il artıq tarazlaşacaq", - deyə nazir bildirib.
Qeyri-neft sektorunun inkişafı ilə bağlı Azərbaycanın gördüyü işlərə münasibət bildirən nazir bu istiqamətdə Səudiyyə Ərəbistanının Azərbaycana dəstək göstərəcəyini bildirib: "Azərbaycanla bizim ortaq dəyərlərimiz çoxdur. Lakin biz hər ikimiz istər ixrac, istər xarici valyutaya tələbimizə görə təbii ehtiyatlardan asılı olan ölkəyik. Buna görə də iqtisadiyyatın diversifikasiyası bizim üçün vacibdir. Biz bununla Azərbaycanla öz təcrübəmizi bölüşməyə hazırıq. Ümid edirəm ki, Səudiyyə Ərəbistan Azərbaycana investisiya etməklə yardım edəcək".
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!