USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdirilib

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununun stadionu dəyişdirilib. "Report"un məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

Bunadək oyunun “Bakcell Arena”da təşkil olunacağı bildirilirdi. Oyun saat 20:00-da başlanacaq. 

ASAN Radio xəbər verir ki, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu "Report"a açıqlamasında stadion dəyişikliyinə azarkeş amilini səbəb göstərib: "Şimali İrlandiya ilə oyunu ona görə "Bakcell Arena"ya salmışdıq ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Respublika stadionunun çox yüklənəcəyinə dair söhbətlər var idi. Amma martın 26-da millimizin Respublika stadionunda Almaniya yığması ilə keçirdiyi oyundan sonra Şimali İrlandiya ilə qarşılaşmada da böyük azarkeş dəstəyinin olacağı qənaətinə gəldik. Əslində İslamiadaya görə Bakı Olimpiya Stadionu daha çox yüklənəcəyindən, görüşü Tofiq Bəhramov adına stadionda keçirmək istəyi ilə UEFA-ya müraciət etdik. Qarşı tərəf də məlumatlandırıldıqdan sonra müsbət cavab aldıq. İnanırıq ki, Respublika stadionunda yenə anşlaq olacaq". 

Qeyd edək ki, C qrupunda 5 turdan sonra Şimali İrlandiya 10 xalla 2-ci, Azərbaycan isə 7 xalla 4-cü pillədə qərarlaşıb. Bu komandalar arasında Belfastda keçirilmiş görüşdə meydan sahibləri qalib gəlib - 4:0. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!