USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda beynəlxalq layihəyə start verildi - Fotolar

Qax rayonunda Avropa Tələbə Psixoloqlar Assosasiyaları Federasiyasının 31-ci Ümumavropa Konqresi öz işinə başlayıb.

ASAN Radio xəbər verir ki, "ASAN Könüllüləri" Təşkilatının əsas tərəfdaşlığı ilə “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən təşkil olunan konqresdə dünyanın 33 ölkəsindən 300 gənc iştirak edir.

Konqresin açılış mərasimində Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli, "ASAN Könüllüləri" Gənclər Təşkilatının sədri Bəxtiyar İslamov və "Gənc Psixoloqlar” İctimai Birliyinin sədri Orxan Oruczadə çıxış ediblər. 

Tədbirdə qonaqlara tədbirin keçirildiyi Qax şəhəri, eləcə də ölkəmiz haqqında məlumat verilərək Azərbaycanda dünyaya örnək və nümunə ola biləcək tolerantlıq mühitinin qorunub saxlanıldığı, 31-ci konqresin multukultural dəyərləri özündə ehtiva edən Azərbaycanda keçirilməsinin sevindirici hal olduğu bildirilib.

Qeyd edək ki, 30 aprel tarixinədək davam edəcək konqresin əsas mövzusu “Humanity today” olaraq müəyyənləşdirilib. Bu başlıq altında son dövrlərin ən aktual mövzuları olan müharibə və terrorların psixoloji tərəfləri, onların insan psixikasına təsiri, mədəniyyətlərarası çətinliklər, qaçqın böhranının psixoloji tərəfləri müzakirə olunacaq. Bundan əlavə, adıçəkilən problemlərin yaratdığı islamafobiya, milli və irqi ayrıseçkiliyin psixoloji aspektləri, multikultiralizm dəyərlərinin əhəmiyyəti və bənzər mövzular da konqresin əsas mövzularındandır. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!