USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ASAN könüllüləri "Qəribə oğlan"ı səhnələşdirdi - Fotolar

Gənc Tamaşaçılar teatrında 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası görkəmli yazıçı  İlyas Əfəndiyevin “Qəribə oğlan” pyesi əsasında eyni adlı tamaşanı səhnələşdirib.

“ASAN xidmət” mərkəzinin könüllüsü Rüfət Quliyevin quruluş verdiyi tamaşada 11 könüllü rol alıb.

Tamaşanın rejissoru Rüfət Quliyev ASAN Radioya müsahibəsində bildirib ki, tamaşa bir sıra mesajları çatdırmaq baxımından əhəmiyyətlidir.

ASAN könüllüləri fəaliyyətə başladığı gündən Azərbaycanın dahi şəxsiyyətlərinin həyat və fəaliyyətinin öyrənilməsi və gənclərə aşılanması üçün müxtəlif təqdimatlar, tamaşalar hazırlayır və geniş auditoriyaya nümayiş etdirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!