"İslam Həmrəyliyi Oyunları - bu özü-özlüyündə bir bayramdır. İslamiada əlbəttə ki, Azərbaycanın bu işə verdiyi bir töhfədir və faktiki olaraq İslam dünyası daxilində həmahəngliyin qazanılmasına nail olmaq və bu istiqamətdə müəyyən fəaliyyət göstərmək, bu - dünya qarşısında xidmət göstərməkdir, bəşəriyyət qarşısında bir xidmətdir."
Bu fikirləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla ASAN Radioya eksklüziv müsahibəsində bildirib.
Dövlət müşaviri Kamal Abdulla əlavə edib: "Çünki İslam dininin nümayəndələrinin arasında həmrəyliyin, harmoniyanın olmasına çalışmaq və bu istiqamətdə fəaliyyət göstərmək, bu - Cənab Prezidentin bir nömrəli vəzifəsi kimi öz xalqı qarşısında bu istiqamətdə fəaliyyət göstərir. Bu əlbəttə ki, bəşəriyyət qarşısında böyük bir xidmətdir."
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!