USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev NATO Baş katibinin ictimai məsələlər üzrə müavinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də NATO Baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldemi qəbul edib.

ASAN Radio xəbər verir ki, Tacan İldem NATO baş katibinin ictimai məsələlər üzrə müavini vəzifəsində Azərbaycana ilk dəfə gəldiyindən məmnunluğunu ifadə etdi, ölkəmizə sonuncu səfərindən iki il keçməsinə baxmayaraq, böyük bir inkişaf prosesinin şahidi olduğunu vurğuladı. Tacan İldem NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldemin Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunda iştirakından məmnunluğunu ifadə etdi. NATO ilə əlaqələrə toxunan dövlətimizin başçısı ölkəmizin bu təşkilatla uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyini bildirdi, Azərbaycanın müxtəlif proqramlar, o cümlədən “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində sülhməramlı əməliyyatlarda həmişə etibarlı tərəfdaş kimi çıxış etdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verir, eyni zamanda, Azərbaycan hərbiçiləri Əfqanıstanda təhlükəsizliyin təmin olunması işində iştirak edir, həmçinin Azərbaycan Əfqanıstanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirir.

Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunun əhəmiyyəti qeyd olundu, bu tədbirin ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində rolu vurğulandı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş etdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!