USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Sabah yağış yağacaq

Milli sinoptiklərin ASAN Radioya verdiyi məlumata görə, may ayının 6-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə intensiv olacaq. Axşam əksər rayonlarda yağış tədricən kəsiləcək. Qərb küləyi arabir güclənəcək. 

Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacaq.

Xəbərdarlıq

Mayın 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!