27/06/2017 09:12

Valyuta USD EUR RUB TRY
Kurs 1.7022 1.8999 0.0285 0.4850


Mədəniyyət

Portuqaliya təmsilçisi "Eurovision-2017"nin qalibi olub - Video


14.05.2017   10:22


Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Eurovision-2017" mahnı müsabiqəsinin qalibi müəyyənləşib.

ASAN Radio xəbər verir ki, sayca 62-ci olan müsabiqənin qalibi 758 səslə Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, müsabiqədə "Amar Pelos Dois" mahnısını ifa edib.

Azərbaycan təmsilçisi Diana Hacıyevanın (DiHaj) ifa etdiyi "Skeletons" mahnısı isə 120 xal toplayaraq 14-cü yeri tutub.

Azərbaycana səs verən ölkələr:

San-Marino – 5

Albaniya - 2

Yunanıstan -10

Moldova – 5

Bolqarıstan – 5

İtaliya - 12

Portuqaliya -12

İrlandiya – 1

Gürcüstan -10

Kipr – 1

Macarıstan - 4

Belçika- 4

Polşa – 1

Ukrayna – 6

Bütün iştirakçı ölkələrin televiziya tamaşaçıları Azərbaycana 42 xal veriblər və ümumi xal hesabı 120-yə yüksəlib ki, bu da Diana Hacıyevaya 14-cü yeri təmin edib.

Azərbaycan gəldikdə isə, buradan 12 xal Belarusa verilib.




Xəbər lenti

25 İyun
24 İyun







ASAN Radio telefonunuzda
Facebook