USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan əhalisi bu il ərzağa 4,6 mlrd. manat xərcləyib

Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,7% üstələyərək 10,2 mlrd. manata bərabər olub.

Dövlət Statistika Komitəsindən ASAN Radioya verilən məlumata görə, ticarət dövriyyəsinin 50,6%-ni (5 mlrd. 161 mln. manat) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,4%-ni (5 mlrd. 39 mln. manat) qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,6% və 2,7% üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,2%-i (4 mlrd. 610,4 mln. manat) ərzaq məhsullarının, 5,4%-i (550,87 mln. manat) içkilər və tütün məmulatlarının, 17,7%-i (1 mlrd. 805,4 mln. manat) toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,4%-i (448,8 mln. manat) elektrik malları və mebellərin, 4,9%-i (499,8 mln. manat) avtomobil yanacağının, 1,3%-i (132,6 mln. manat) əczaçılıq və tibbi malların, 0,8%-i (81,6 mln. manat) kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,3%-i (1 mlrd. 866,6 mln. manat) isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar-aprel aylarında istehlak məhsullarının 11,4%-i hüquqi şəxs statuslu müəssisələr, 53,5%-i fərdi sahibkarlar tərəfindən, 35,1%-i isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 2,7%, fərdi sahibkarlar üzrə 2,5% artıb, bazar və yarmarkalar üzrə isə sabit qalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  263,5 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 36 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 133,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,3 manatlıq qeyri-ərzaq məhsulları  alıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!