USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 57-ci Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 57-ci Venesiya Biennalesi – Beynəlxalq İncəsənət Sərgisində iştirak edir.

ASAN Radio xəbər verir ki, “Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” adlanan milli pavilyonda Azərbaycanın multikultural ənənələri, etnik-mədəni müxtəlifliyi və tolerantlığı əksini tapıb.

Venesiyanın izdihamlı məkanlarından birində - Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında nümayiş olunan sərginin konsepsiyası Azərbaycanda mövcud olan mədəni müxtəlifliyi bədii interpretasiya yolu ilə ifadə edir.

Azərbaycanda müxtəlif xalqlar və etnik qruplar, dini konfessiyalar əsrlərdir ki, sülh və dostluq şəraitində yaşayırlar. Burada müxtəlif dil və mədəniyyətlərin eyni səviyyədə qəbul olunması, multikultural, çoxdinli mühitdə harmoniya və bərabərlik şəraitində yaşamaq mədəniyyəti təbliğ olunur. Sülhsevər mədəni mübadilə və gözəl Şərq qonaqpərvərlik ənənələrinin qorunub saxlanılması bu ərazidə yaşayan insanların əsas prinsiplərindən biridir. Bu isə qloballaşma, etnik münaqişələr, dözümsüzlük və təcavüz əsrində bir möcüzədir.

Sərgidə “Hypnotica” Vizual Performans Qrupunun videomappinq və installyasiya kimi interaktiv media layihələri, gənc rəssam Elvin Nəbizadənin işləri nümayiş olunur. Müəlliflər Azərbaycanda ənənəvi analoq və müasir rəqəmsal incəsənətin sintezindən yaranan incəsənəti təqdim edirlər. Müxtəlif materiallarla işləyən sənətkarlar bəşəriyyəti birgə yaşamaq mədəniyyəti haqqında düşünməyə çağırır. Sərginin kuratoru Viktoria və Albert Muzeyinin keçmiş direktoru, professor Martin Rotdur.

Xatırladaq ki, Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunur və iki ildən bir keçirilir.

Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. Venesiya Biennalesində iştirak da bunlardan biridir. Azərbaycan bu beynəlxalq incəsənət sərgisində 2007-ci ildən iştirak edir və bu il artıq 6-cı dəfədir Venesiya Biennalesində təmsil olunur. Venesiyadakı Azərbaycan pavilyonu noyabrın 26-dək açıq olacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!