USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ABŞ-ın energetika naziri Rik Perri Natiq Əliyevi qlobal enerji məsələlərinin həllində birgə iştiraka dəvət edib

ASAN Radio xəbər verir ki, ABŞ-ın energetika naziri Rik Perri Azərbaycanın energetika naziri Natiq Əliyevə məktub ünvanlayıb.

Rik Perri ABŞ-ın energetika naziri vəzifəsinə təsdiq olunması münasibətilə Natiq Əliyevin səmimi təbrikini yüksək qiymətləndirərək ona təşəkkürünü çatdırıb. ABŞ-ın energetika naziri Dövlət Departmentinin missiyasına uyğun olaraq, qlobal enerji məsələləri ilə bağlı birgə işləmək və nailiyyətlər əldə etmək məqsədilə mümkün imkanları dəyərləndirməkdə maraqlı olduğunu bildirib: “Sizin dəstəyinizi yüksək qiymətləndirirəm və qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün sizinlə görüşmək niyyətindəyəm. Milli və qlobal enerji məsələləri ilə bağlı çağırışlara diqqət yönəlməsi bu gün çox mühümdür və mən bu məsələlər barədə sizinlə müzakirələr aparmağı səbirsizliklə gözləyirəm” deyə energetika naziri Rik Perrinin məktubunda qeyd olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!