USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı-2017: Güləş və stolüstü tennis yarışları başlayır - TƏQVİM

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının 10-cu gününə start verilir.

Trend-in məlumatına görə, bu gün atletika yarışları davam edəcək. Kişilər 200, 400 və 800 m məsafəyə qaçış, 110 m sədlərlə qaçış, lövhə atma və üç təkanla tullanma, qadın idmançılar isə 200, 800 m məsafəyə qaçış, 3000 m maneələrlə qaçış, nüvə itələmə və şüvüllə tullanma üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

X X X

Boksçuların mübarizəsində finalçılar müəyyənləşəcək. Azərbaycanı yarımfinal görüşlərində Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcəklər.

12:00 - 14:30 Kişilər - birinci ən yüngül çəki (46-49 kq)

                 Kişilər - yarım-yüngül çəki (56 kq)

                 Kişilər - yüngül yarım-orta çəki (64 kq)

                 Kişilər - orta çəki (75 kq)

                 Kişilər - ağır çəki (91 kq)

19:00 - 21:30 Kişilər - ən yüngül çəki (52 kq)

                Kişilər - yüngül çəki (60 kq)

                 Kişilər - yarım-orta çəki (69 kq)

                 Kişilər - yarım-ağır çəki (81 kq)

                 Kişilər - superağır çəki (+91 kq)

X X X

Atıcılıqda son yarış günündə qarışıq komandaların 10 m pnevmatik tapança ilə atəş açma və dairəvi stend yarışlarında qaliblər müəyyənləşəcək.

X X X

Üzgüçülük turnirində kişilər 50 m batterflay (delfin), 100 m sərbəst, 4X100m kompleks estafet, qadınlar isə 50 və 400 m sərbəst, 100 m batterflay, 200 m brass və 4X100m kompleks estafet üsulu ilə üzmədə yarışacaqlar.

X X X

Mayın 17-də stolüstü tennis yarışlarına start veriləcək.

10:00 - 14:30 Kişilər - Fərdi 1-ci mərhələ

                Qadınlar - Fərdi 2-ci mərhələ

                 Qadınlar - Fərdi 1-ci mərhələ

16:30 - 19:30 Kişilər - Fərdi 2-ci mərhələ

X X X

Taekvandoçuların mübarizəsi davam edəcək. Azərbaycanı qadınların yarışında Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), kişilərin mübarizəsində isə Ayxan Tağızadə (68 kq) və Olimpiya çempionumuz Radik İsayev (+87 kq) təmsil edəcəklər.

X X X

Həmçinin tennis oyunları davam edəcək.

10:00 - 19:00 Kişilər - Fərdi 1-ci mərhələ

                Kişilər - Cütlər 1-ci mərhələ

X X X

Voleybol turnirində kişilərdən ibarət komandaların qrup oyunu, qadınlardan ibarət yığmaların isə yarımfinal oyunları keçiriləcək.

10:00 - 12:30 Kişilər - komanda qrup oyunu A7 (Pakistan - Fələstin)

12:30 - 15:00 Kişilər - komanda qrup oyunu A8 (Azərbaycan - Türkmənistan)

17:00 - 19:30 Qadınlar - komanda 1-ci yarımfinal

19:30 - 22:00 Qadınlar - komanda 2-ci yarımfinal

X X X

Su polosu millimiz qrupda Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

16:30 - 17:30 Kişilər - Komanda qrup oyunu A2-A5 (İran - Türkiyə)

18:00 - 19:00 Kişilər - Komanda qrup oyunu A1-A3 (Azərbaycan - Səudiyyə Ərəbistanı)

19:25 - 19:45 Kişilər - Komanda medal mərasimi

X X X

Ağır atletika yarışları başa çatacaq.

12:00 - 18:00 Kişilər - 105 kq

                Kişilər +105 kq

                 Qadınlar - 90 kq

                 Qadınlar +90 kq

X X X

Oyunların 10-cu günündə yunan-Roma güləşçiləri tatami üzərinə çıxacaqlar. İdmançılarımızdan Murad Məmmədov (59 kq), Rəsul Çunayev (71 kq), Rafiq Hüseynov (80 kq) və Orxan Nuriyev (98 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!