USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Milli Olimpiya Komitəsində qalib idmançılarla növbəti görüş

Mayın 17-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) “Zəfər günləri” layihəsi çərçivəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının dördüncü yarış günündə medal qazanan idmançılarımızla görüş keçirilib.

ASAN Radio xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un İcraiyyə Komitəsinin üzvü Natiq Əliyev, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, idmançılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə idmançılarımızın parlaq qələbələrini əks etdirən görüntülər nümayiş olunub.

Ç.Hüseynzadə çıxış edərək bildirib ki, dünən Azərbaycan idmançıları möhtəşəm çıxışları ilə parlaq qələbələr qazanıblar. İdmanın taekvando, üzgüçülük, güllə atıcılığı növlərində 13 medal qazanıldığını vurğulayan Ç.Hüseynzadə qalibləri təbrik edərək deyib: “Fərəhləndirici haldır ki, idmanın hər yeni növü üzrə yarışlarda atletlərimiz yüksək nəticələr göstərə bilirlər. Hələ yarışlar davam edir. İdmançılarımızın daha çox uğur qazanacağına əminik”.

Tədbirdə şərəf lövhəsinə imza atan idmançılara MOK-un hədiyyələri təqdim olunub.

MOK-un mayın 14-dən start verdiyi “Zəfər günləri” layihəsi mayın 23-dək davam edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!