USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan və BMT-nin Könüllüləri Proqramı dayanıqlı inkişaf üçün könüllülüyü gücləndirir

ASAN Radio xəbər verir ki, mayın 22-də Birləşmiş Millətlər Təşkilatının Könüllüləri Proqramının İcraçı Əlaqələndiricisinin müavini, cənab Toyli Kurbanov Bakıya səfər edəcək. O, Azərbaycanın hökümət nümayəndələri ilə görüşərək hökümətin könüllülüyün təbliği və Azərbaycanın uzun müddətli könüllülük mədəniyyətinin qurulmasında Hökumətin baxışı əsasında qlobal əməkdaşlıq priorotetlərin müzakirə edəcək.

İki günlük səfər ərzində, Toyli Kurbanov BMT tərəfdaşları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və elm mərkəzlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, könüllülük təcrübəsi olan təşkilatlarla çoxtərəfli əməkdaşlıq üçün yolları araşdıracaq.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai: “Biz BMT-nin Könüllüləri Proqramının Azərbaycana qayıdışı və onun Azərbaycan höküməti və inkişaf üzrə tərəfdaşları ilə Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunması üzrə könüllülüyün təbliğini müsbət qiymətləndiririk.

BMT-nin Könüllüləri bilavasitə insanlarla işləyir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq yolunda sülh və inkişafı əsas tutur,” – deyə Toyl Kurbanov vurğulayıb. “BMT-nin Könüllüləri öhdəçilik, fərdilik, aktivlik və həmrəylik kimi əsas dəyərləri özlərində təcəssüm etdirir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!