USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş fotosərgi açılıb

Parisdə 28 may - Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü münasibətilə “Azərbaycana səyahət” adlı fotosərginin rəsmi açılışı olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən ASAN Radioya bildirilib ki, sərgini Azərbaycanın Dostları Assosiasiyası və Paris Azərbaycan Evi birgə təşkil edib. Açılış mərasiminə Fransa Parlamentinin və Senatın üzvləri, fransız jurnalistləri, iş adamları və diaspor nümayəndələri qatılıblar.

Azərbaycanın Dostları Assosiasiyasının Baş katibi, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva sərginin məqsədi barədə məlumat verib, fotoların müəlliflərini təqdim edib.

Azərbaycanının Fransadakı səfiri Elçin Əmirbəyov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və tarixi barədə danışıb, bu günün ölkə üçün əhəmiyyətini vurğulayıb. 

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jean François Mansel isə Azərbaycan və Fransanın dostluq əlaqələrinin getdikcə daha da genişləndiyini və Azərbaycanın məhz bu kimi tədbirlər sayəsində Fransada daha da tanındığını qeyd edib.

Sərgidə Azərbaycan fotoqrafları Vüqar İbadov, Etibar Cəfərov və Kərim Abbasovun fotoları nümayiş etdirilib. Fotolar əsasən Azərbaycanın rəngarəng təbiətini, zəngin memarlıq abidələrini əks etdirir. Sərgi mayın 31-dək davam edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!