USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Jalə Mütəllimovanın "Əsgərə məktub"u

 “Sənə özümdən çox inanıram indi”… 

Salam Əsgər! Ağlımdan heç çıxmırsan. Azərbaycan tarixini torpaq üstdə yazan vətəndaşan sən indi həm də. 

Mənsə əsgəri, zabiti tarix yazan məmləkətin adamıyam, xoş gürdük!

Səni, yəni sizi bir-bir tanımasam da sevinirəm ki, varsınız. Mənim kimi şəxsən tanımadığınız adam üçün lazım gələndə canınızdan keçməyə də o üzdən hazırsınız ki, biz sadəcə sizin qoruduğunuz məmləkətin adamıyıq. 

Bu cəsarətin önündə baş əyirəm. Buna sevincindən hönkürüb ağlaya da bilərdim. Amma ağlamıram. Çünki bizdən böyüklər ulular deyib ki, ağlamaq adamı zəif aciz eləyər. Biz indi sevinc göz yaşımızı da boğuruq. O yaşlar sən son qələbəni çalıb, bayrağımızı lap zirvədə asıb, “hər şey bitdi, bizim olan bizə döndü” dediyin gün sənin boynuna sarılanda axacaq, inşallah…

Bu günlərin olayı səni mənə yaman tanıtdı əsgər. Anladım ki, sən bu məmələkətin ən dəyərlisi, iradəlisi, möhkəmisən. Zəifə məmləkət əmanət edilməz. Sən bir də ona görə güclüsən ki, yeri gələndə dizini yerə atıb sənə  çəkmə bağlayan generalın var. Əlinin yarasını öpüb sənlə birgə ağlayan komandirin var. Sənin ən kiçik yarana görə qanını verən vətəndaşın var. 

Sənin düşmənə hər kəsin qarşısında “rədd ol!” deyəcək qədər cəsarətli ali baş komandanın var. 

Bir də səni arxada anan başda olmaqla gözləyən sevdiklərin var. Nişanlın, gözaltın, ailən var!.. 

Sənə vətəni əmanət edən vətəndaşlara onlar da sənin əmanətindir, nigaran qalma. 

Sənə bir söz də deyim. Kimsəyə acıma orda. Dərisi diri-diri soyulan balaca qızcığazımız vardı, hərdən gözümün önünə gətir, acıma! 

Diri-diri borulara doldurulub, ağzı qaynaqlanıb, çay aşağı axıdılan cocuqlarımız vardı, səni Allaha gedib çatırdı o dəhşət anında yəqin, yadına sal, acıma! 

Xocalıdan, Şuşadan, Füzulidən, Laçından, Kəlbəcərdən, Zəngilandan, Əskərandan əsirlərimiz, girovlarımız vardı. Yadına sal, acıma!..

Qələbən naminə vur, acıma! 

Sənə özümdən çox inanıram indi. 

Jalə Mütəllimova, “Bizim yol” xəbər portal, redaktor

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!