USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Milli Qəhrəman Şahlar Şükürovun xatirəsi anıldı

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin Azərbaycanın Milli Qəhramanlarının həyat yolunun öyrənilməsi və təbliği ilə bağlı, “Qəhramanlar unudulmur” layihəsi çərçivəsində Azərbaycanın Milli Qəhramanı Şahlar Şükürovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirib.

Çoxşaxəli fəaliyyəti ilə vətəndaş cəmiyyəti institutları arasında seçilən və Azərbaycan ziyalıları tərəfindən hər zaman dəstəklənən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin ən vacib missiyalarından biri də Kəlbəcərin qəhrəman oğul və qızlarının qəhrəmanlıq yoluna işıq tutmaq, gənc nəslə onları daha yaxşı tanıtdırmaqdan ibarətdir. Bu mənada İctimai Birlik Kəlbəcər rayounun ilk şəhid Milli Qəhrəmanı Şahlar Şükürovun 65 iliyinə həsr olunmuş xatirə tədbiri keçirib.

Tədbiri giriş sözü ilə açan "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov, Milli Qəhrəman Şahlar Şükürovun həyat yolundan və qəhrəmanlığından söz açaraq bildirib ki, Azərbaycanın o, 1952-ci il may ayının 17-də Kəlbəcərin Zülfüqarlı kəndində dünyaya göz açıb.

Şahlar Əvəz oğlu Şükürov hələ uşaqlıqdan yüksəlişə, qəhrəmanlığa can atırdı. O, istedad və bacarığı ilə nəinki müəllimləri, bütün yaşıdlarını da heyran edirdi. Orta məktəbi əla qiymətlərlə bitirən Şahlar Şükürov Azərbaycan Xalq Təssərrüfatı İnstitutuna qəbul olundu və 1972-ci ildə oranı əla qiymətlərlə başa vurdu. Ordu sıralarına yollandı. Sonra Rostov Milis Akademiyasında təhsil alıb. Əmək fəaliyyətinə Ucar rayon milis şöbəsində əməliyyat rəisi kimi başladı. 38 yaşında mayor rütbəsinə yüksəldi və Zərdab rayon milis şöbəsinə rəis müavini təyin edilib.

O, tez-tez döyüş bölgələrinə gedər torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı, burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak olub.

Tədbirdə çıxış edən Milli Qəhrəmanın bacısı Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova qardaşının qəhrəmanlığından, şücaətindən və Azərbaycan dövlətinin Milli Qəhrəmanlara, ümumən şəhidlərimizə, onların ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, əsrlərdən bəri tariximiz qəhrəmanlıq səlnaməsi, analarımız qəhrəmanlar anası kimi anılıblar. Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Dölətimizin hər zaman xalqını və millətini, torpağını sevən, onun uğrunda canını, qanını fəda edən oğul və qızlarımızın həyat yolunu, onların amallarını öyrənməkdə, xatirələrini ədəbiləşdirməkdə böyük işlər görüb. Ulu öndər Heydər Əliyev də, hazırda onun yolunu şərəflə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də daima şəhidlərin xatirəsini əbədiləşdirmək, şəhid ailələrinə xüsusi qayğı göstərmək üçün çalışıb. 

Tədbirdə çıxış edən filologiya elimləri üzrə fəlsəfə doktoru, əməkdar jürnalist Adil Cəmil, şair Zakir Fəxri və tədqiqatçı jürnalist Məhəmməd Nərimanoğlu Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun qəhrəmanlıq salnaməsindən, keçdiyi döyüş yolundan danışıblar. Qeyd ediblər ki, gənclər vətənpərvər olmalı, Vətənimizin azadlığı uğurunda şəhid olmuş vətən övladlarının xatirələrini daim üçü tutmalıdılar.

Tədbirin sonunda Kəlbəcər məktəblilərinin hazırladığı “Qəhrəmanlar unudulmur” ədəbi-bədii kompozisiyası nümayiş olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!