Qəbələ regional “ASAN xidmət” mərkəzində rayon gənclərinin sosial inkişafı, onlar arasında sağlam rəqabəti artırmaq və həmçinin bilik və bacarıqlarının formalaşdırılması məqsədilə Qəbələ rayon orta ümumtəhsil müəssisələri arasında Qəbələ “ASAN xidmət” mərkəzində 20 may 2017-ci il tarixində “Nə? Harda? Nə zaman?” intellektual yarışması keçirilib. Yarışmada 8 məktəbdən ibarət 14 komanda, hər komandada isə 6 nəfərdən ibarət olmaqla 10-cu və 11-ci sinif şagirdləri iştirak ediblər.
Yarışmada ilk olaraq Qəbələ regional “ASAN xidmət” mərkəzinin direktoru Əbdül Əliyev öz çıxış nitqi ilə qonaqları salamlayıb, yarışmada iştirak edən münsiflər heyətini komanda üzvlərinə təqdim etdikdən sonra yarışma iştirakçılarına uğurlar arzulayıb.
Yarışma 3 turdan ibraət olmaqla hər turda 12 sual cavablandırılıb. Kifayət qədər maraqlı və gərgin keçən yarışmanın nəticəsi olaraq Qəbələ 4 saylı orta məktəbin “Şahin” komandası birinci, Vəndam qəsəbəsi 1 saylı tam orta məktəbin “Vəndam 1” komandası ikinci və Həmzəlli kənd tam orta məktəbin “İdrak” komandası üçüncü yerə layiq görülmüş və qalib komanda üzvləri sertifikat və kubokla təltif olunublar.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!