USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Tədqiqatların həyata keçirilməsi üçün 1,470 mln manat vəsait ayrılıb

Gənclər və İdman Nazirliyi ilə Prezident yanında Elmin İnkişafı Fondu (EİF) arasında 35 yaşadək gənc alimlərin qrantlar yolu ilə birgə dəstəklənməsi haqqında protokol imzalanıb. Protokolu Gənclər və idman naziri Azad Rəhimov və Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev imzalayıb.

ASAN Radio xəbər verir ki, protokola əsasən, bu il gənc alim və mütəxəssislərin 4-cü xüsusi (“Mənim ilk qrantım”) birgə qrant müsabiqəsi keçiriləcək.

Qrant müsabiqəsi Azərbaycanda təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq, həmçinin ölkənin sosial-mənəvi, elmi-texniki və iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən regional və beynəlxalq səviyyəli konfrans, simpozium və başqa elmi tədbirlərin təşkili və keçirilməsi kimi xüsusi layihələri kiçik və orta həcmli qrantlar vasitəsilə maliyyələşdirmək məqsədi ilə keçirilir.

EİF tərəfindən gənc alim və mütəxəssislər üçün keçirilmiş 3 qrant müsabiqəsi çərçivəsində 72 layihə dəstəklənib, tədqiqatların həyata keçirilməsi üçün 1,470 mln manat vəsait ayrılıb. İmzalanmış Protokol növbəti – 4-cü müsabiqənin keçirilməsində Cənclər və İdman Nazirliyinin də payçı qismində iştirakını müəyyən edəcək.

Tərəflər müsabiqənin keçirilməsinə maliyyə və təşkilati dəstək göstərəcək, qalib qrant layihələrinin rəhbərləri ilə təqdimat xarakterli görüşlər təşkil edəcək, yerinə yetirilən qrant layihələrinin vaxtaşırı monitorinqində və qiymətləndirilməsində iştirak edəcək, birgə qrant müsabiqəsi ilə bağlı məlumatları müntəzəm olaraq internet səhifələrində və KİV-də işıqlandıracaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!