USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Binəli Yıldırım: "Bakı-Tbilisi-Qars layihəsi bölgənin taleyini dəyişəcək"

“Bakı-Tbilisi-Qars dəmir yolunun inşası sona yaxınlaşır”.

ASAN Radio xəbər verir ki, bu sözləri Gürcüstanda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım həmkarı Georgi Kvirikaşvili ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib. O, layihənin nəticələnməsini görməkdən çox məmnun olduğunu bildirib: “Qafqazdan Orta Asiyaya və Uzaq Şərqə, digər tərəfdən isə Anadolu vasitəsilə Avropa və Londona uzanacaq bu ortaq dəhliz tarixi İpək Yolunun vacib hissələrindən biri olacaq. Strateji anlamda bölgə üçün çox önəmli layihədir. Yaxın bir neçə ay ərzində açılışı birlikdə həyata keçirəcəyik. Layihə 3 ölkə arasında əlaqələri çox daha irəliyə daşıyacaq. Layihənin əsas iştirakçıları Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı Türkmənistan, Qazaxıstan, Çin  və digər tərəfdən Avropa və Balkan ölkələri də layihəyə qoşulacaq. Bu, bölgənin taleyini dəyişəcək”.

G. Kvirikaşvili qeyd edib ki, BTQ son dərəcə vacib və strateji əhəmiyyətə malik bir layihədir: “Bu layihənin əhəmiyyəti regional çərçivədən kənara çıxır. Bir neçə gün əvvəl Pekində bu mövzuda tədbir keçirildi. Türkiyə prezidenti bu layihənin İpək Yolunun vacib bir elementi olduğunu dedi. Dəmir yolunun həyata keçirilməsi istiqamətində Türkiyə və Azərbaycanla sıx əməkdaşlığı davam etdiririk. Öz tərəfimizdən bu layihənin reallaşması üçün əlimizdən gələni edirik. Test səfərləri yay aylarında olacaq. Payızda dəmir yolu işə düşəcək”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!