USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında imzalanmış əməkdaşlıq proqramına müvafiq olaraq iki ölkənin prokurorluq orqanlarının hüquqi əməkdaşlığın və işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə  Bolqarıstan baş prokurorunun müavinləri Penka Boqdanova və Marya Şişkovanın rəhbərlik etdikləri nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ASAn Radioya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Sonra Baş Prokurorluqda nümayəndə heyəti ilə görüş keçirilib. Baş prokuror Zakir Qaralov Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan köklü islahatlar, həmçinin qarşıda duran digər vəzifələr barədə ətraflı məlumat verib.

Baş prokuror qonaqlara həm inzibati, həm də vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsinə yönələn qabaqlayıcı tədbirlər, o cümlədən prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi barədə məlumat verərək, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından qurumun ciddi nailiyyətlər əldə etdiyini bildirib.

Qonaqlar Azərbaycana səfərdən məmnunluqlarını ifadə edərək ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə töhfə vermiş Bolqarıstanın Veliko Tırnovo mədəni layihəsində fəal iştirakını yüksək qiymətləndirməklə bir daha Bolqarıstan hökuməti, eyni zamanda təmsil etdikləri qurumun adından öz minnətdarlıqlarının çatdırılmasını xahiş ediblər.

Səmimi sözlərə görə qonaqlara təşəkkürünü bildirən Baş prokuror Heydər Əliyevin adını daşıyan Fondun istər ölkədaxili, istərsə də digər ölkələrdə müxtəlif sosial-mədəni təşəbbüslərlə çıxış etdiyini, geniş miqyaslı xeyriyyəçilik fəaliyyəti ilə məşğul olduğunu xüsusi vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Qonaqlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olublar.

Sonra Bolqarıstan nümayəndə heyətinin üzvləri Ədliyyə Nazirliyində qurumun rəhbər heyəti ilə görüşüblər. Görüşdə Azərbaycan və Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu vurğulanmış, ədliyyə və məhkəmə sistemində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılıb. Qonaqlar Ədliyyə Nazirliyinin inzibati binası və tarix muzeyi ilə tanış olublar. Nümayəndə heyəti, həmçinin Ali Məhkəmədə olub, görüşdə qanunun aliliyini təmin etmək məqsədilə məhkəmələrin qarşısında duran vəzifələr, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Səfər zamanı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan qonaqlara mərkəzlərin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində qonaqlar ölkəmizin regionlarında hüquq mühafizə, o cümlədən məhkəmə və prokurorluq orqanları üçün yaradılmış şəraitlə tanış olacaqlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!